Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub

8-03-2022, 11:11

Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub

Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.

Ordum.az UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.

Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.




Facebook'da Paylaş