Xarkovda yaşayış binasına aviazərbə endirilib

1-03-2022, 20:28

Xarkovda yaşayış binasına aviazərbə endirilib

Xarkovda yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub, daha 6 nəfər yaralanıb.

Ordum.az zn.ua portalına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.

Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları hava hücumu yerində axtarış-xilasetmə işləri aparır.

Bundan əvvəl Xarkovdakı Svoboda meydanına raket hücumu olub, nəticədə Xarkov Vilayət Dövlət Administrasiyasının və qonşu binaların bütün şüşələri sındırılıb. 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib.




Facebook'da Paylaş