Kiyevin yaxınlığında Rusiyanın qırıcısı məhv edilib

3-03-2022, 12:16

Kiyevin yaxınlığında Rusiyanın qırıcısı məhv edilib

Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı məhv edilib.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.

Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombalanmasına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.




Facebook'da Paylaş