Britaniya kəşfiyyatı Rusiya hərbçilərinin cinayətlərinə dair yeni sübutlar təqdim edib

11-04-2022, 10:02

Britaniya kəşfiyyatı Rusiya hərbçilərinin cinayətlərinə dair yeni sübutlar təqdim edib

Rusiya hərbçilərinin Ukraynanın şimal vilayətlərini tərk etməsindən sonra onların hərbi cinayətlərinə dair yeni sübutlar üzə çıxıb.

Ordum.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının aprelin 10-u üçün Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, Buzova (Kiyev vilayətinin Buçanski rayonundakı kənd, - Red) yaxınlığında ölmüş ukraynalı mülki şəxslərin basdırıldığı hazır məzarlar tapılıb.

Britaniya kəşfiyyatı Rusiya ordusunun əsgərləri tərəfindən törədilən zorlamalarla bağlı yeni məlumatlar da qeydə alıb.

“Rusiya hərbçiləri tərəfindən cinsi təcavüz iddiaları hələ də qalmaqdadır”, - məlumatda deyilir.




Facebook'da Paylaş