Britaniya kəşfiyyatı: "Rusiyanın artilleriya və hava zərbələri Donbas xətti boyunca davam edir

7-04-2022, 12:15

Britaniya kəşfiyyatı: "Rusiyanın artilleriya və hava zərbələri Donbas xətti boyunca davam edir

“Ukraynanın şərqindəki hücum əməliyyatları Rusiya hərbi qüvvələrinin əsas diqqət mərkəzindədir. Rusiya artilleriya və hava zərbələri Donbasda nəzarət xətti boyunca davam edir”.

Ordum.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın Ukrayna daxili ərazilərində infrastruktur hədəflərinə zərbələr endirməsi, çox güman ki, Ukrayna ordusunun yenidən təchizat vermək qabiliyyətini aşağı salmaq və Ukrayna hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır. Donbasdakı əməliyyatları təmin etmək üçün qüvvələrin və logistika imkanlarının cəmlənməsinə baxmayaraq, Rusiya qüvvələrinin mənəvi problemləri, təchizat və şəxsi heyət çatışmazlığı ilə üzləşməsi ehtimalı var”, - məlumatda qeyd olunub.




Facebook'da Paylaş