Britaniya MN: "Rusiya qüvvələri Ukrayna ordusu ilə küçə döyüşlərində üz-üzə gəlməkdən çəkinir"

26-03-2022, 10:32

Britaniya MN: "Rusiya qüvvələri Ukrayna ordusu ilə küçə döyüşlərində üz-üzə gəlməkdən çəkinir"

Rusiya qüvvələri Ukrayna Ordusu ilə şəhər döyüşlərində üz-üzə gəlməkdən çəkinir.

Ordum.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tviter hesabında qeyd olunub.

“Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaqda davam edir.

Rusiya qüvvələri geniş miqyaslı şəhər piyada döyüşlərində iştirak etməkdən çəkinir, əksinə, müdafiə qüvvələrini ruhdan salmaq məqsədilə hava və artilleriya şəhərləri obyektlər arasında fərq qoymadan artilleriya və hava hücumuna məruz qoyurlar..

Çox güman ki, Rusiya dinc sakinlərin ölümü bahasına onsuz da əhəmiyyətli sayda olan itkilərini məhdudlaşdırmaq üçün şəhər ərazilərində ağır artilleriya atəşinə davam edəcək”, - qurum bildirib.




Facebook'da Paylaş