Ukraynada daha 2 gürcü döyüşçü həlak olub, 5-i ağır yaralanıb

9-04-2022, 21:39

Ukraynada daha 2 gürcü döyüşçü həlak olub, 5-i ağır yaralanıb

Ukraynada daha 2 gürcü döyüşçü həlak olub, 5-i ağır yaralanıb

Ukraynada davam edən müharibədə daha iki gürcü döyüşçü həlak olub, beşi isə ağır yaralanıb.

Ordum.az xəbər verir ki, onların Xarkov şəhəri yaxınlığında artilleriya atəşi altına düşdüyü bildirilir.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, həlak olanların ailələri ilə əlaqə saxlanılıb. Döyüşçülərin nəşinin Gürcüstana gətirilməsi üçün müvafiq prosedurlara başlanılıb.

Qeyd edək ki, Ukraynada ötən ay hərbi əməliyyatlar zamanı dörd gürcü döyüşçü həlak olub. Onlardan üçünün nəşi Gürcüstana çatdırılıb və dəfn edilib.




Facebook'da Paylaş