Malidə partlayış nəticəsində BMT-nin 7 sülhməramlısı həlak olub

8-12-2021, 20:30

Malidə partlayış nəticəsində BMT-nin 7 sülhməramlısı həlak olub

Malinin mərkəzi hissəsində avtomobil yolunda əldəqayırma bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bu ölkədəki missiyasının yeddi sülhməramlısı həlak olub.

Ordum.az xəbər verir ki, bu barədə missiyanın tviter səhifəsində məlumat verilib.

Məlumata görə, daha üç nəfər ağır yaralanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib




Facebook'da Paylaş