BMT: Ukraynada müharibə başlayandan azı 1 417 mülki şəxs həlak olub

4-04-2022, 21:44

BMT: Ukraynada müharibə başlayandan azı 1 417 mülki şəxs həlak olub

Ukraynada müharibə başlayandan indiyədək azı 1 417 mülki şəxs həlak olub

Ordum.az xəbər verir ki, bu barədə BMT İnsan Haqları üzrə Ali Komissarlığının məlumatlnda deyilir.

Belə ki, qurum Ukraynada 3 455 mülki itkini sənədləşdirib. Bu rəqəmdən 1 417 nəfər ölüb, 2 038 nəfər yaralanıb.

Qeyd olunur ki, mülki əhalinin əksəriyyətinin ölümü və ya xəsarət alması hallarının səbəbi ağır artilleriya, çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, eləcə də böyük dağıntı sahəsinə malik partlayıcı qurğuların istifadəsi olub.

Təşkilat hesab edir ki, Mariupol, İrpen və intensiv hərbi əməliyyatların aparıldığı və ya aparıldığı digər şəhərlərin məlumatları daxil edilmədiyi üçün real rəqəmlər daha yüksəkdir.

Hərbi əməliyyatlar başlayandan indiyədək 4 milyon 215 min 47 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib. Ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır.




Facebook'da Paylaş