Suriyada 7 terrorçu məhv edilib

19-12-2021, 09:00

Suriyada 7 terrorçu məhv edilib

Suriyanın şimalında “Barış Pinarı” əməliyyat zonasında təxribat etməyə cəhd edən PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib.
Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

PKK-nın Suriya qanadının silahlıları əməliyyat zonasına soxulmağa cəhd edib. Silahlılar Türkiyə xüsusi təyinatlılarının uğurlu hərəkətləri nəticəsində məhv edilib.

"Türkiyə ordusu terrorçuların bölgədəki hərəkətlərinə lazımi cavab verməyə davam edəcək", - Nazirliyin bəyanatında deyilir.




Facebook'da Paylaş