İraq və Suriyada hücuma hazırlaşan terrorçular zərərsizləşdirilib

4-12-2021, 09:30

İraq və Suriyada hücuma hazırlaşan terrorçular zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada keçirdiyi əməliyyatlar zamanı 4 terrorçu zərərsizləşdirilib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib. Onlardan ikisi “Pençe Yıldırım” əməliyyat zonasında məhv edilib.

Suriyanın şimalında Türkiyə xüsusi təyinatlıları tərəfindən “Barış Pinarı” əməliyyatı zonasına hücum hazırlayan terrorçu öldürülüb.




Facebook'da Paylaş