İraqda terrorçular zərərsizləşdirilib

6-10-2021, 07:40

İraqda terrorçular zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti antiterror əməliyyatı keçirib.

Ordum.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Zap ərazisində, “Pençe Kaplan” əməliyyat zonasında PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, əməliyyata artilleriya da cəlb edilib.




Facebook'da Paylaş