Haitidə yanacaqdaşıyan avtomobil partlayıb, 50 nəfər ölüb, 50-si yaralanıb

14-12-2021, 17:20

Haitidə yanacaqdaşıyan avtomobil partlayıb, 50 nəfər ölüb, 50-si yaralanıb

Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində 50 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Ordum.az “France Press”ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndələri bildirib.

Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayışın baş verdiyi ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub




Facebook'da Paylaş