Yəməndə husilər bir sıra əraziləri ələ keçirib

14-10-2021, 08:05

Yəməndə husilər bir sıra əraziləri ələ keçirib

Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.

Bu barədə Ordum.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, üsyançılar El-Cube rayonunun 3 kəndini ələ keçiriblər. Yəmən ordusu husilərin El-Cubenin mərkəzinə nəzarəti ələ keçirməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.

Məlumata görə, husilərin El-Cubedə yanacaqdoldurma məntəqəsini hədəfə alaraq partlatması nəticəsində bir neçə mülki şəxs ölüb və yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.

Yəmən ordusu bir neçə saat əvvəl əyalətin mərkəzi Marib şəhərinin cənubundakı əsas yolu hərbi səbəblərdən bağladığını açıqlayıb




Facebook'da Paylaş