Ombudsman Səbinə Əliyeva Bolqarıstanda bir sıra görüşlər keçirib

29-09-2021, 06:39

Ombudsman Səbinə Əliyeva Bolqarıstanda bir sıra görüşlər keçirib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumlarda tədbirlərdə iştirak edib.
Ombudsman Aparatından verilən məlumata görə, ombudsman əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının üzvləri ilə görüş keçirib. Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Ombudsman Səbinə Əliyeva komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib.
O, Bolqarıstan ombudsmanı Diana Kovaçeva ilə də görüşüb. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.




Facebook'da Paylaş