Ukrayna Türkiyədən reaktiv sistem və raket kompleksi alıb

23-11-2022, 13:35

Ukrayna Türkiyədən reaktiv sistem və raket kompleksi alıb

Ukrayna Silahlı Qüvvələri Türkiyədən TRLG-230 reaktiv yaylım atəşi sistemi və “Sunqur IIR” zenit raket kompleksi daxil olmaqla, bir sıra silahlar alıb.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Türkiyə hələ bu ilin yayında Ukraynaya TLRG-230 və “Sunqur IIR” raketləri, yerüstü elektron müharibə avadanlığı və “Bayraktar TB2” pilotsuz aparatları üçün avadanlıq təhvil vermişdi.

Xatırladaq ki, TLRG-230 “Roketsan” şirkəti tərəfindən istehsal edilən və 70 kilometr mənzilli “yer-yer” tipli raketdir. “Sunqur” isə Türkiyənin bir neçə konfiqurasiyada istehsal etdiyi qısa mənzilli zenit raket kompleksidir.




Facebook'da Paylaş