Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 273 milyon dolları ötüb

21-10-2022, 09:00

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 273 milyon dolları ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 273 milyon ABŞ dollardan artıq olub.

Ordum.az xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 84,4 milyon dollar, idxalın həcmi isə 188,7 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.




Facebook'da Paylaş