Almaniya Ukraynaya növbəti hərbi yardım edib

19-10-2022, 09:00

Almaniya Ukraynaya növbəti hərbi yardım edib

Almaniya Ukraynaya zirehli bərpa-təxliyə maşınları, ağır və orta körpü sistemləri və qış geyimləri tədarük edib.

Ordum.az-ın məlumatına görə, bu barədə “RBK-Ukraina” Almaniya hökumətinin saytına istinadən xəbər yayıb.

Qeyd edilir ki, Almaniya Ukraynanın hərbi ehtiyacları üçün 5 zirehli mühəndis maşını, 35 yükləyici və 4 000 yataq çantası bağışlayıb. Bundan əlavə, 240 min qış papağı, 80 000 qış şalvarı, 116 000 qış gödəkçəsi, 195 generator, 200 çadır, 167 000 silah patronu, 7 ağır və orta körpü sistemi, 10 ədəd “Bergepanzer 2” zirehli bərpa maşını tədarük edib.

Təhlükəsizliyə görə, federal hökumət təhvil-təslimdən əvvəl daşınma üsulları və tarixi haqqında təfərrüatları təqdim etməkdən ehtiyat edib.




Facebook'da Paylaş