Suriyada orduya məxsus avtobusda partlayış törədilib, 18 hərbçi ölüb

13-10-2022, 15:00

Suriyada orduya məxsus avtobusda partlayış törədilib, 18 hərbçi ölüb

Suriyanın Dəməşq əyalətində avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində ölkə ordusunun azı 18 hərbçisi ölüb.

Ordum.az “Regnum”a istinadən xəbər verir ki, məlumatı Suriyanın təhlükəsizlik orqanı yayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.




Facebook'da Paylaş