Kabildə məbəddə 5 partlayış baş verib, silahlı qarşıdurma davam edir

18-06-2022, 12:50

Kabildə məbəddə 5 partlayış baş verib, silahlı qarşıdurma davam edir

Kabilin şimalındakı Karte Parvan məhəlləsində yerləşən sikh məbədində azı beş partlayış baş verib, ərazi “Taliban” yaraqlıları tərəfindən mühasirəyə alınıb və silahlı qarşıdurma davam edir.

Bu barədə Ordum.az “Aamaj News”a istinadən xəbər verir.

Bildirilir ki, hücum edən silahlılar hazırda məbəddə bloklanıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi ölkəsinin məbədə hücumla bağlı xəbərlərdən “ciddi narahat” olduğunu və hadisəni diqqətlə izlədiklərini bildirib.

Əfqanıstandakı heç bir silahlı qruplaşma məbədə hücuma görə məsuliyyəti üzərinə götürməyib




Facebook'da Paylaş