İranda keçirilən aksiyalar zamanı 5 Fransa vətəndaşı saxlanılıb

11-10-2022, 12:22

İranda keçirilən aksiyalar zamanı 5 Fransa vətəndaşı saxlanılıb

İranda keçirilən aksiyalar zamanı 5 Fransa vətəndaşı saxlanılıb
İranda keçirilən etiraz aksiyaları zamanı Fransanın 5 vətəndaşı saxlanılıb.

Ordum.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Katrin Kolonna oktyabrın 11-də yerli radioya müsahibəsində bildirib.

Qeyd edək ki, ötən həftə Fransa vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırmışdı.

Xatırladaq ki, İranda hicab qaydasına pozduğu üçün əxlaq polisi 22 yaşlı Mehsa Əminini qətlə yetirib. Bu hadisəyə etiraz olaraq ölkədə etiraz aksiyları keçirilir. İranın hərbi-polis qüvvələrinin etirazları yatırması nəticəsində 22-si uşaq olmaqla 185 nəfər ölüb, çoxlu sayda aksiyaçı yaralanıb.




Facebook'da Paylaş