Britaniya Ukraynaya xüsusi texnikanın daşınması üçün 120 avtomobil verəcək

9-09-2022, 09:00

Britaniya Ukraynaya xüsusi texnikanın daşınması üçün 120 avtomobil verəcək

Böyük Britaniya Ukraynaya 120-dən çox avtomobil təhvil verəcək.
Ordum.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Biz dayanmayacağıq, qətiyyətimiz zəifləməyəcək, nə qədər vaxt aparsa da, Ukraynaya yardım göstərməyə davam edəcəyik”, - Uolles bildirib.

Avtomobillər Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanı, xüsusən də Britaniyanın əvvəllər təhvil verdiyi MLRS sistemlərini və ya "Stormer" piyada döyüş maşınlarını daşımağa kömək edəcək. Yardım paketinə digər nəqliyyat vasitələri də daxildir.




Facebook'da Paylaş