Suriyadan Türkiyə ərazisinə 6 raket atılıb

16-08-2022, 13:19

Suriyadan Türkiyə ərazisinə 6 raket atılıb

Qaziantepin Karkamış ərazisinə raketli hücum olub.

Ordum.az “İhlas” Xəbər Agentliyinə istinadən xəbər verir ki, PKK/YPG terror qruplaşmasınn üzvləri Suriyadan Qaziantepə 6 raket atıblar.

Raketlər boş əraziyə düşüb. Qarşı tərəfə adekvat cavab verilib.

İnsanların küçəyə çıxması məhdudlaşdırılıb.




Facebook'da Paylaş