Suriyada hücum hazırlığında olan 8 terrorçu məhv edilib

11-08-2022, 09:00

Suriyada hücum hazırlığında olan 8 terrorçu məhv edilib

Türkiyə hərbçiləri çərşənbə günü PKK terror təşkilatının Suriya qanadından olan YPG-nin 8 silahlısını zərərsizləşdirib.

Bu barədə Ordum.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat qalxanı” və “Barış pınarı” antiterror əməliyyatları zonalarının ərazilərinə hücum etməyə cəhd göstəriblər, lakin xüsusi təyinatlılar tərəfindən müəyyən olunaraq məhv ediliblər.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə 1984-cü ildən 2020-ci ilin mart ayına qədər təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını və 6 800 nəfər mülki şəxsi qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.




Facebook'da Paylaş