Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb

3-08-2022, 09:30

Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb

2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib.

Ordum.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb.

Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var.

“Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin 126 vətəndaşı Türkiyədən deportasiya olunub", - nazirlikdən bildirilib.

Bu ilin ilk 7 ayında Aİ-nin 6 ölkəsinin 20 vətəndaşı Türkiyədən çıxarılıb.

2019-cu ildən sonrakı dövrdə deportasiya edilən silahlıların sayında ilk yerləri Fransa, Almaniya, Niderland, Belçika, Finlandiya, Rumıniya, İsveç və Avstriya vətəndaşları tutur.




Facebook'da Paylaş