BMT Baş Assambleyası Azərbaycanda miqrasiya sahəsində görülən işləri yüksək qiymətləndirib

21-05-2022, 14:40

BMT Baş Assambleyası Azərbaycanda miqrasiya sahəsində görülən işləri yüksək qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

DMX-dən Ordum.az-a bildirilib ki, görüşdə həmçinin Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Nümayəndəliyin əməkdaşları da iştirak edib.

Görüş zamanı Xidmət rəisi BMT Baş Assambleyasının prezidentinə beynəlxalq miqrasiyanın idarə edilməsi üzrə ilk hökumətlərarası səviyyədə razılaşdırılmış BMT sazişi olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın effektiv həyata keçirilməsi istiqamətində Üz Dövlətlərə göstərilən davamlı dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak etdiyini, habelə öllkəmizin həmsədr olduğu 4-cü dəyirmi masa çərçivəsində faydalı müzakirələrin aparıldığını vurğulayıb.

Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın uğurlu icrasına dair bir sıra müvəfəqiyyətli fəaliyyətlər həyata keçirdiyini, adıçəkilən sənədin icrasının dəstəklənməsi məqsədilə BMT tərəfindən yaradılan Miqrasiya Çox Tərəfli Etimad Fondu çərçivəsində əməkdaşlığın gücləndirilməsində, habelə Forumdan sonra da “Çempion ölkələr” təşəbbüsünü dəstəkləməkdə maraqlı olduğunu bildirib.




Facebook'da Paylaş