Əcnəbilərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib

29-04-2022, 19:58

Əcnəbilərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib

Əcnəbilərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib
“Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, qeyri-hökumət təşkilatının rəhbərləri və əcnəbilər iştirak ediblər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov tədbirin əhəmiyyətini və əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasına mümkün dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən layihələrin önəmini diqqətə çatdırıb.

Fəal müzakirə şəraitində keçən tədbirdə verilən çoxsaylı suallar Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydan Seyidova və Miqrasiya proseslərinin tənzimlənmə baş idarəsinin əməkdaşları şöbə rəisi Şəhriyar Mustafayev və baş inspektor İlyas Hüseynov tərəfindən ətraflı cavablandırılıb.

İştirakçılar miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirici görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını və təşəkkürlərini bildiriblər.




Facebook'da Paylaş