Britaniya Ukraynaya 10 özüyeriyən artilleriya qurğusu verəcək

5-07-2022, 17:23

Britaniya Ukraynaya 10 özüyeriyən artilleriya qurğusu verəcək

Böyük Britaniya Ukraynaya yaxın günlərdə 10 özüyeriyən artilleriya qurğusu verəcək.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefon danışığında məlumat verib.

O əminliklə vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanınh güc yolu ilə işğal etdiyi torpaqlarını geri qaytaracaq.

Qeyd edək ki, Böyük Britaniya Ukrayna üçün Belçikadan 20-dən artıq özüyeriyən artilleriya qurğusu alıb.




Facebook'da Paylaş