Conson və Zelenski Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

5-05-2022, 20:28

Conson və Zelenski Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə iki siyasətçi arasında telefon danışığından sonra Böyük Britaniya hökuməti başçısı ofisinin yaydığı məlumatda deyilir.

“Liderlər döyüş meydanında baş verənləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını, o cümlədən dinc əhalinin bombalanmasının qarşısını almaq üçün daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər”, - kommünikedə deyilir.

Conson və Zelenski, həmçinin günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi ilə Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.




Facebook'da Paylaş