ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb, araşdırma aparılır

17-06-2022, 10:37

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb, araşdırma aparılır

İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Ordum.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır




Facebook'da Paylaş