Tərtərdə mina partlaması nəticəsində AAYDA əməkdaşları xəsarət alıb

18-02-2022, 16:28

Tərtərdə mina partlaması nəticəsində AAYDA əməkdaşları xəsarət alıb

Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb.

Ordum az-a daxil olan məlumatda deyilir:

"18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır




Facebook'da Paylaş