Kanada Ukraynaya öldürücü silahlar verəcək

15-02-2022, 09:23

Kanada Ukraynaya öldürücü silahlar verəcək

Kanada hakimiyyəti Ukraynaya 7,8 milyon dollar (6,1 milyon Kanada dolları) dəyərində öldürücü silahlar vermək qərarına gəlib.

Ordum.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

“Mən (Ukraynaya-red) 7,8 milyon dollar məbləğində öldürücü silah və sursatın ayrılmasını təsdiqlədim”, - o deyib.

Trüdo həmçinin qeyd edib ki, hökumət Ukraynaya 500 milyon Kanada dolları (392,5 milyon ABŞ dolları) kredit verəcək.

“Bu gün elan edirik ki, Kanada Ukrayna hökumətinə 500 milyon dollara qədər kredit verəcək”, - Baş nazir əlavə edib.




Facebook'da Paylaş