İran səfiri: "Azərbaycan ərazilərinin işğaldan azad olunmasından məmnunuq

10-02-2022, 12:03

İran səfiri: "Azərbaycan ərazilərinin işğaldan azad olunmasından məmnunuq

İran və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığı çox mühüm mövzudur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizi sevindirir”.

Ordum.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi görüşlərdə azad edilmiş ərazilərin infrastrukturunun bərpası ilə bağlı layihələrdə İran şirkətlərinin iştirakı müzakirə olunub:

“Biz İran şirkətləri ilə müqavilələrin imzalanmasını gözləyirik”.

Ölkələr arasında sərhəd məntəqələrinə gəlincə, səfir qeyd edib ki, hazırda onlardan dördü var və daha ikisinin Xudafərin və Parsabadda açılması planlaşdırılır




Facebook'da Paylaş