Bakıda Holokost Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib

27-01-2022, 14:40

Bakıda Holokost Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib

Yanvarın 27-də ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar tədbir keçirilib.

Ordum.az xəbər verir ki, BMT-nin Azərbaycan ofisi, İsrail və Niderlandın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə diplomatik korpus və ictimaiyyət nümayəndələri, ekspertlər iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib ki, Holokostun səbəbləri bu cür faciələrin bir daha baş verməməsi naminə hərtərəfli tədqiq olunur: "Bu hadisələri şərtləndirən amillərin üzə çıxması gələcəkdə insanlığa qarşı bənzər cinayətlərin qarşısının alınmasına təsir edir




Facebook'da Paylaş