Son 5 ildə Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

25-12-2021, 12:59

Son 5 ildə Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

"Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək 150-si general olmaqla 24 256 hərbçi vəzifəsindən azad edilib”.

Ordum.az
“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir: “FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.




Facebook'da Paylaş