ABŞ-ın ən böyük polis departamentinə ilk dəfə qadın rəhbərlik edəcək

16-12-2021, 09:00

ABŞ-ın ən böyük polis departamentinə ilk dəfə qadın rəhbərlik edəcək

ABŞ-ın ən böyük güc strukturlarından olan Nyu York Polis Departamentinin (NYPD) polis rəisi vəzifəsinə ilk dəfə qadın - Keeçant Sevel rəhbərlik edəcək.

Ordum.az “Haber Global”a istinadən xəbər verir ki, Keeçant Sevel 2022-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.

Nyu Yorkun meri seçilən və yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq Erik Adams Nyu York Polis Departamentinin rəhbəri vəzifəsinə Keeçant Seveli təyin edəcəyini açıqlayıb.

Erik Adams qeyd edib ki, Keeçant Sevel Nyu York sakinlərinin ehtiyac duyduğu təhlükəsizliyi, həm də layiq olduqları ədaləti təmin etmək üçün təcrübə və emosional zəkası sübut edilmiş şəxsdir.

Gizli xidmət, silah və narkotiklərlə mübarizə, girov danışıqları kimi rollarda 25 ildən çox təcrübəyə malik olan Sevell eyni zamanda Nyu-Yorkun üçüncü qaradərili polis rəisi olacaq.




Facebook'da Paylaş