Pakistan Silahlı Qüvvələrinin Tibbi Xidmətinə ilk dəfə qadın rəhbərlik edəcək

27-11-2021, 16:17

Pakistan Silahlı Qüvvələrinin Tibbi Xidmətinə ilk dəfə qadın rəhbərlik edəcək

Pakistan Silahlı Qüvvələri Tibbi xidmətinin rəisi ilk dəfə qadın general təyin olunub.

Ordum.az xəbər verir ki, məlumatı “Sinxua” agentliyi yayıb.

Bildirilib ki, Nigar Cohar Xanın bu vəzifəyə təyin olunması ilə bağlı təntənəli mərasim Xaybər-Paxtunxva əyalətinn şimal-qərbində yerləşən Abbottabad şəhərində Hərbi Tibbi Mərkəzdə keçirilib.

Pakistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kamar Cavid Bacva tədbirdə çıxış edərək hərbçilərin ölkə daxili və xaricində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fəal iştirak etdiklərini bildirib.

Nigar Cohar Xan Silahlı Qüvvələrin Tibbi Xidmətində müxtəlif komanda və inzibati vəzifələrdə işləyib. Ona Pakistan ordusunun general-mayor rütbəsi verilib. O, ölkə üzrə bu rütbəyə layiq görülən 3-cü qadındır.

Məlumata görə, hazırda Pakistan ordusunda 4 minə yaxın qadın xidmət edir.

Pakistan Silahlı Qüvvələrində 2006-cı ildə “JF-17” qırıcılarını idarə edən ilk təyyarəçi - qadın dəstə yaradılıb




Facebook'da Paylaş