Fransada qayıq qəzaya uğrayıb, 31 nəfər ölüb

25-11-2021, 11:10

Fransada qayıq qəzaya uğrayıb, 31 nəfər ölüb

Fransa sahillərindəki Pa-de-Kale sularında qayıq qəzaya uğrayıb.

Ordum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qayıqda 33 miqrant olub. Onlardan 31-i ölüb, 2-si sağ xilas edilib.

Ölənlər arasında 5 qadın və 1 azyaşlı da olub.




Facebook'da Paylaş