Elxan Şahinoğlu: Bayden Türkiyənin Rusiyaya yaxınlaşması üçün əlindən gələni edir…

9-10-2021, 16:52

Elxan Şahinoğlu: Bayden Türkiyənin Rusiyaya yaxınlaşması üçün əlindən gələni edir…

ABŞ prezidenti Co Bayden Suriyadakı fövqəladə vəziyyətin uzadılması ilə bağlı Konqresə göndərdiyi məktubda Türkiyəni hədəf götürüb. Baydenin məntiqinə görə, Türkiyə hökumətinin Suriyanın şimal-şərqində həyata keçirdiyi hücumlar İŞİD-i məğlub etmək siyasətini baltalayır, mülki əhalini təhlükəyə atır, bölgədə sülhü, təhlükəsizliyi, sabitliyi pozur və ABŞ-ın milli təhlükəsizlik və xarici siyasəti üçün təhdid yaradır.
Əgər ABŞ-ın milli təhlüksəzlik və xarici siyasəti PKK və onun Suriyadakı törəmə təşkilatlarıyla əməkdaşlığı diqtə edirsə, bu halda Vaşinqton Türkiyəyə Suriyada var olmaqdan başqa alternativ qoymayıb. Baydenin məntiqinə görə, Türkiyə Suriyada terrorçu PKK və onun törəmə təşkilatlarıyla mübarizə aparmasaydı, ABŞ PKK ilə müttəfiqlik əsasında guya İŞİD-i yox edəcəkdi. Bu da yalandır. Türkiyə Suriyaya daxil olmadan əvvəl ABŞ-a İŞİD-ə qarşı birgə mübarizə aparmağı təklif etmişdi. Bu təklifi rədd edən Vaşinqton Suriyada tərəfdaş olaraq PKK və onun törəmələrini seçdi. Belə olan halda Türkiyə Suriyada ABŞ-la yollarını ayırdı. ABŞ vaxtında Türkiyə ilə birgə hərəkət etsəydi, Ankara Suriyada Moskva və Tehranla birgə hərəkət edib “Astana üçlüyünə” daxil olmazdı. Vaşinqton bir tərəfdən Türkiyəyə məsləhət görür ki, Rusiya ilə əməkdaşlığa can atmasın, o biri tərəfdən Türkiyənin Rusiyaya yaxınlaşması üçün əlindən gələni edir…




Facebook'da Paylaş