Boksçularımız dünya çempionatına HAZIRLAŞIRLAR

29-09-2021, 03:56

Boksçularımız dünya çempionatına HAZIRLAŞIRLAR

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Federasiyadan verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.
Oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.




Facebook'da Paylaş