Şəhriyarla Teymur ilk qələbələrini QAZANDILAR

29-09-2021, 03:21

Şəhriyarla Teymur ilk qələbələrini QAZANDILAR


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.




Facebook'da Paylaş