Ustad Abdurrahim Karakoçun parlaq xatirəsinə!

7-04-2022, 10:45

Ustad Abdurrahim Karakoçun parlaq xatirəsinə!

Ustad Abdurrahim Karakoçun parlaq xatirəsinə!

Ustad Abdurrahim Karakoçun parlaq xatirəsinə!“Kölgədə olanın kölgəsi olmaz!”

Bu gün türk ədəbiyyatının parlaq simalarından olan Abdurrahim Karakoçun 90 yaşı tamam olur. Türkiyədə daha çox Mehriban şeirinə bəslənmiş eyniadlı mahnı ilə məhşurlaşan Şair Azərbaycanda Xocalı soyqırımından sonra "Qarabağa məktub” adlı təsirli şeiri ilə tanınmışdır. Ustadın səsləndirdiyi və şeirin leytmotivinə çevrilən aşağıdakı sətirlər türk dünyasının ortaq dərdlərini ifadə edir.

KARABAĞ'A MEKTUP

Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin, ben karayazı
Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Gel gardaş’ diyorsun gelecek yol yok
Şehitler kabrine koyacak gül yok
Çilesiz saat yok, kavgasız yıl yok
Kurşunlar sizdedir, sızı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Türkmen’e mi, Kırgız’a mı yanmadım
Tatar’a mı, Çerkez’e mi yanmadım
İmdat diyen bir söze mi yanmadım
Uygur’un,Özbek’in gözü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman, Türk olmak suçumuz bizim
Öfkeyle doludur içimiz bizim
Bir günde ağarır saçımız bizim
Yüz iki belanın yüzü bizdedir
Sizdeki yaranın özü bizdedir

Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız
Hedef tahtasına döndü bağrımız
Alevler sizdeyse közü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Komünizm sağırdı, demokrasi kör
Batıdan beslenir her türlü terör
Haçlı mumyaları uyandı bak gör
Kaç asrın silinmez izi bizdedir
Sizdeki yaranın özü bizdedir.

Birleşmiş milletler benzedi sirk'e
Sadistler musallat edildi şarka
İsrail Arap’a, Ermeni Türk’e
Kısmet bazı sizde, bazı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Yeni bir oyun var burada şimdi
Üçüncü piyonda sırada şimdi
Mitterand, Bush, Yeltsin nerede şimdi
Katilin, kalleşin pozu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Böyle geldi, böyle gitmez bu oyun
Zalimleri iflah etmez bu oyun
Umdukları gibi bitmez bu oyun
Mazlumun ekmeği, tuzu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman’ız, Türk’üz haktan yanayız
Adaletle süt emziren anayız
Aşk harcıyla vücut bulmuş binayız
ti bizde saklı, mâzi bizdedir
Sevginin, şefkatin özü bizdedir.


Böyle geldi, böyle gitmez bu oyun deyə Qarabağın düşmən işğalından azad olunacağına və türk birliyinin yaranacağına inam ifadə edən ustadın duyğuları gerçəyə çevrildi.

TÜRKİYƏ PREZİDENTİNİN ABİ DEDİYİ ŞAİR


Xocalı soyqırımının ildönümündə bu şeirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən səslənməsi şeirə və şairə olan marağı artırmaya bilməzdi. Türkiyə Prezidentinin Abi deyə müraciət etdiyi Abdurrahim Karakoçu yaxından tanıyaq.

Abdurrahim Karakoç şəxsiyyətinin bütövlüyü yaratdığı poeziya nümunələrinin məna çalarlarına, poetik semantikasına, mövzu zənginliyinə görə Türk dünyasında maraq doğuran şəxslərdən biridir. Şeirlərinin ana xəttini türkçülük və islam mövzusu təşkil edir.

DOĞULDUĞU GÜNDƏ DÜNYASINI DƏYİŞƏN ŞAİR

Abdurrahim Karakoç rəsmi bioqrafiyası belədir. 7 aprel 1932-ci il tarixdə Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ekinözü (Cela) kəndində dünyaya gəlmişdir. Babası, atası, qardaşları şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstərmişdir. İki kitab həcmində ilk şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958 ildən etibarən yazdıqları şeirlərini "Həsənə məktublar” adı ilə toplamış, 1964-ci ildə 10.000 tirajla nəşr olunmuşdur. "FEDAİ” nəşrniyyatda çap olunan kitab ən qısa zamanda geniş şöhrət qazandığından 2 dəfə yenidən 10 min tirajla cap edilmişdir. Şair kimi məhşurlaşsa da öz sadə təvəzökar həyatını davam etdirmiş 1958/1981-ci illər ərzində yaşadığı qəsəbənin bələdiyyəsində mühasib kimi fəaliyyət göstərmişdir.

Serdengeçti, Töre-Devlet, Ocak, Yeni Düşünce, Yenisey, Alperen nəşriyyatları tərəfindən 12 şeir, həmçinin məqalələr toplusundan ibarət bir kitabı çap olunmuşdur. 1985-ci ildən sonra jurnalistika ilə məşğul olmağa başlamışdır. Kısa bir arada siyasətə qoşulan şair bunun səbəbini belə izah edib: "Allah rızası üçün girmişdim, Allah rızası üçün də ayrıldım!”

30 ilə yaxın bir müddətdə həddindən artıq sevilən şair kitaplarının çapına görə hər kəsi geridə qoymuşdur. Xüsusi ilə "Vur Emri” adlı kitabı heç bir şairə nəsib olmayan səviyyədə populyarlıq və sevgi qazanmışdır. Həyatı və yaradıcılığı ilə böyük bir örnək qoyan Abdurrahim Karakoç doğulduğu gündə 7 aprel 2012-ci il tarixdə dünyasını dəyişmişdir.

Öz dilində tərcümeyi-halını həyacansız oxumaq mümkün deyil.

"Əbədi qudrətin tək sahibindən alınan əmr üzrə dünyaya gəlmişəm. Uşaqlığım kasıblıqla, imkansızlıqla keçsə də hələ də o günlərin həsrətini çəkirəm. Bəlkə də çox insanlara o illərdən danışsam "Həsrət çəkiləcək nəyi var?” deyə bilərlər, amma mən uşaqlıq illərimi çox sevdim. Şeir yazmağa kiçik yaşlarımda başladım. Zatən bizim yerlərdə hər gənç şeir yazardı. Bəzən bu tutku başqa bir məşğuliyyətin olmamasından kaynaklandığını da düşünürəm. Mən də boşluğumu şeirlə doldurmağa çalışdım. Mənimlə şer yazmağa başlayan insanların əksəriyyəti köməksizlikdən imkansızlıqdan batıb getdilər.

Mənə gəlincə, sağ olsunlar, iqtidarların və muxalifətin irimiqyaslı siyasətçiləri, ixtilal xuntaçıları, , cübbeli "alimlər” peliler, intellektual zübbəlilər, millî soyğunçular, elitar parazitlər, sərmayə sülükleri, zulüm-işgəncə istehsalçıları, ədaləti öldürən hüquqçular, dalkavuklar, üçkağıtçılar v.s. həmişə mənə yardımçı oldular. Şeir malzememi verən onlar, öfkemi bileyen onlar oldular. Kömək etdiklərini inkar etmirəm, fəqət təşəkkür də etmirəm. Dinsizlərin deyil, din düşmənlərinin, yəni İslam düşmanlarının da köməyi az olmadı. Bir mənada dini duyğularımın qüvvətlənməsinə vəsilə oldular. Ən uyğun zamanda yaşadığıma inanıram. Köməkçilərim var olduqları sürəcə yazmağa davam edəcəm. Allah qismət edərsə”.
Şairdən yadigar qalan çox maraqlı fikirlər var. Bu fikirlərdən biri də başqalarının kölgəsində gizlənən insanlara münasibətdə dediyi "Kölgədə olanın kölgəsi olmaz” fikridir.

Onun şəxsiyyətini xarakterizə etmək üçün təkcə bir fakta diqqəti çəkmək olar. Həyatı boyu kimsəni tərifləməyi sevməyən şair yalnız yaradıcılığı dövründə Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin şəxsiyyətinə sevgisini bildirmişdir. Şair Çeçenstanın milli lideri Dudayevin ölümünə həsr etdiyi ŞƏHİDƏ AĞI adlı şeirində Cövhər Dudayevi heyranlıqla mədh etmişdir. Yaradıcılığı boyu daha çox həcv yazan şair Cövhər Dudayevin şəhid olması münasibəti ilə qələmə alınmış olduğu bu şeir onun yaradıcılığında məhz bu səciyyəvi xüsusiyyətinə görə istisna hal kimi qalmışdır.

ŞEHİDE AĞIT

Ey iman sembolü, ey şanlı yiğit
Ey büyük mücahid, ey büyük şehid
Kıyamete kadar artık her vakit
Nisan'lar ağlasın...
Yas tutsun ırmaklar, yas tutsun dağlar
Seni nasıl... nasıl unutsun dağlar
İsminle kendini avutsun dağlar
Ormanlar ağlasın...
Her sabah kartallar konsun kabrine
Rüzgarlar Fatiha sunsun kabrine
Şeyh Şamil'in nuru insin kabrine
İhvanlar ağlasın..
Toprak, incitme ha misafirini
Daha az görürsün böyle birini
Hoşnut et İslam'ın mefahirini
İnsanlar ağlasın...
Meydan meydan dayak vurdu Rus'lara
Kök söktürdü, kan kusturdu Rus'lara
Tek başına karşı durdu Rus'lara
Meydanlar ağlasın
Hep/bayramlar bayram ola/derdik biz
Kurban Bayramına yaslı girdik biz
Cahar Dudayev'i kurban verdik biz
Kurbanlar ağlasın...
Zulme baş kaldırdı, Hakk'a yaslandı
Zaferleri şehadetle süsledi
Hürriyete gönül vermiş aslandı
Aslanlar ağlasın...
Ağlamasın Çeçenyalı bacılar
Ağlamasın Mekke'deki hacılar
İnsanlık adına insanlar ağlasın...

Ad günün və ölüm günün mübarək Ustad! Ruhu şad olsun!

Səməd Vəkilov




Facebook'da Paylaş