Qardaş, o taydan yaz, o taydan denən.

17-11-2022, 23:29

Qardaş, o taydan yaz, o taydan denən.

"Bütöv Azərbaycan" qəzetinin növbəti sayına münasibət bildirən dostlar arasında şair Səttərxan İmaməli də var. O taylılar Milli azadlıq uğrunda, bu taylılar torpaq uğrunda- biz hamımız Bütöv Azərbaycan uğrunda yazaraq paylaşım etdim. Səttərxan qardaşım "Qardaş, o taydan yaz, o taydan denən " şeirilə səsimə səs verdi. Şeirdə adı çəkilən Əbdürrəhimlə Əbdülsalam isə mənim Şura hökumətinə, Daşnaklara qarşı vuruşan babalarımdır. Əbdülsalam babam Şəhid olub, Əbdürrəhim babamı isə 1937-ci ildə həbs edərək güllələyiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi isə Səttərxan İmaməlinin şeirini Ordum.az-ın oxucularına təqdim edirik:

Qardaş, o taydan yaz, o taydan denən!

Qələminə qurban, sözünə qurban.
Qardaş, o taydan yaz, o taydan denən!
Təbrizin yoluna, rizinə qurban.
Qardaş, o taydan yaz, o taydan denən!
.....
Bilmirəm, nə yolla köməyim yetər.
Yəni dəyişməz mi bu acı qədər?
Məni elə ütür, Qafandan betər.
Qardaş, o taydan yaz, o taydan denən!
......
Çoxu başın soxub kola, çıxartmır,
Ürəkdən keçirmi, dilə çıxartmır,
Oturmaq qorxağı yola çıxartmır,
Qardaş, o taydan yaz, o taydan denən!
......
Əbdürrəhim susdu, ya Əbdülsalam?!
Bütün şəhidlərin ruhuna səlam!
O ulu Təbrizin qurbanı olam!
Qardaş, o taydan yaz, o taydan denən!!!
.....
De ki, ey cənubum, qalmamısan tək.
Heç kəs qardaşlığa eləməsin şəkk.
Hərdən Səttarxanın adını da çək!
Qardaş, o taydan yaz, o taydan denən!!!




Facebook'da Paylaş