Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!
Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!İki gündür ki, sosial şəbəkələrdə tirajlanan “Göyçə-Zəngəzur Respublikası” haqqında informasiyanı heyrətlə oxudum. Indi bu nə? Bu nə uydurma? Bu nə təxribat? – deyə öz-özümə sual verdim. Belə bir məsələnin ortalığa niyə atıldığını dərk etmək o qədər də çətin olmadı.
Birincisi, dövlətçiliyimizə düşünmədən müdaxilə etmək;
Ikincisi, ölkə daxilində qarışıqlıq yaratmaq. Azərbaycan Respublikası vətəndaşları arasına ayrıseçkilik salaraq, insanlarımızı bir-birinə düşürmək.
Bu təsisatı elan edən kimlər olduğu ilə də heç maraqlanmadım. Çünki nə qədər siyasi məsuliyyətsiz olasan ki, belə yanlış bir addım atasan. Bunun bir adı var: Anlaşılmazlıq! Dövlət içində dövlət olmaz. Nə də bir vərəq üstündə yazılmış və ya “qurulmuş” boş informasiya ilə respublika olmaz.
Bizim bir Dövlətimiz – Respublikamız var! Azərbaycan Respublikası! Vətən elə bir şirin şey ki, onu içdən duymaq lazımdır.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəfər paradı günü cənab Ali Baş Komandanın “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu” – tarixi fikrini həyata keçirmək üçün ideoloji mübarizəni əldən qoymamalıyıq.
Şükürlər olsun ki, Qarabağ torpaqlarımız igid, cəsur oğullarımızın canı-qanı bahasına Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından xilas olundu və hələ də təmizləmə prosesi davam edir. Bu prosesin davamı isə tarixi torpaqlarımızın xilası ilə tamamlanacaq. Yeni bir respublika yaratmaqla yox, Azərbaycanın tarixi Zəngəzur, Göyçə, İrəvan torpaqlarına sahib çıxana kimi. Zəngəzur, Göyçə, İrəvan Azərbaycanın bölünməz hissəsidir!
Son olaraq qeyd edim ki, “Göyçə-Zəngəzur Respublikası” adlı bir təsisatı qəbul etmirik, bunun uydurma informasiyadan başqa bir şey olmadığını da bildiririk.
Almaz Ülvi Binnətova
Filologiya elmləri doktoru
Facebook'da Paylaş