ABŞ Suriyanın şərqində əməliyyat keçirib, 2 terrorçu məhv edilib

12-12-2022, 09:06

ABŞ Suriyanın şərqində əməliyyat keçirib, 2 terrorçu məhv edilib

ABŞ hərbçiləri Suriyanın şərqində İŞİD-in iki nümayəndəsinin məhv edilməsi ilə nəticələnən əməliyyat keçirib.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri dekabrın 11-də yerli vaxtla saat 02:57-də Suriyanın şərqində uğurlu helikopter reydi keçirib, nəticədə iki İŞİD üzvünü məhv edib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, İŞİD-in iki üzvünün məhv edilməsi terror təşkilatının Yaxın Şərqdə “sabitliyi pozan hücumlar” planlaşdırmaq və həyata keçirmək qabiliyyətini pozacaq.

CENTCOM əlavə edib ki, ilkin məlumatlara görə, mülki əhali arasında itkilərin qarşısı alınıb.




Facebook'da Paylaş