ÜST Ukraynaya 316 tondan çox yardım göndərib

5-05-2022, 17:50

ÜST Ukraynaya 316 tondan çox yardım göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 316 tondan çox yardım göndərib.

Ordum.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Ukraynada səhiyyə sisteminin dağıdılması fəlakətdir. Milyonlarla insan didərgin düşüb. Tibb müəssisələrinə hücumlar isə daha dəhşətlidir”, - o söyləyib.

Baş direktor vurğulayıb ki, Ukraynada həkimlər çətin şəraitdə işləməyə məcburdurlar.

O, eyni zamanda ÜST-ün müharibə nəticəsində qaçqın düşən 5 milyondan çox insana yardım etdiyini xatıladıb:

“Biz Rusiyanı bu müharibəni dayandırmağa çağırırıq. Yeganə çıxşı yolu savaşı dayandırmaq və sülhə nail olmaqdır”.




Facebook'da Paylaş