Hulusi Akar:“Ukraynada atəşkəsə nail olunduqdan sonra diplomatiyanın yolu açılacaq

9-04-2022, 08:12

Hulusi Akar:“Ukraynada atəşkəsə nail olunduqdan sonra diplomatiyanın yolu açılacaq

“Ukraynadakı mövcud vəziyyəti yaxından izləyirik”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İstanbulda İtaliyanın müdafiə naziri Lorenzo Qerini və Böyük Britaniya müdafiə naziri Ben Uolleslə keçirdiyu üçtərəfli görüşün nəticələrinə dair mətbuat konftansı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynada baş verən son hadisələr çərçivəsində daha çox insan tələfatının və humanitar vəziyyətin pisləşməsinin qarşısı alınmalıdır:

“Ən qısa zamanda atəşkəsə nail olmaq lazımdır. Bölgədə sülh və təhlükəsizliyin tezliklə bərqərar olması və buna uyğun olaraq sabitliyin təmin edilməsi üçün atəşkəs vacibdir. Atəşkəsə nail olunduqdan sonra qarşıdakı dövrlərdə diplomatiyanın yolu açılacaq”.




Facebook'da Paylaş