Hulusi Akardan Ermənistana XƏBƏRDARLIQ

15-09-2021, 16:51

Hulusi Akardan Ermənistana XƏBƏRDARLIQ

Bizim niyyətimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini 2021” birgə təlimləri çərçivəsində brifinq zamanı deyib.
O bildirib ki, Ermənistana təklif olunan sülhün qəbul edilməsi çox vacibdir:
“Təəssüf ki, bu günə qədər tam cavab alınmayıb. Amma bununla bağlı bəzi işarələr var. Bizim məqsədimiz tərəflərin sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah şəraitində yaşamasıdır. Bizim niyyətimiz isə Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır”.




Facebook'da Paylaş