NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi

29-06-2022, 18:24

NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi


NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi
NATO İsveç və Finlandiyanı rəsmi olaraq ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa qoşulmağa dəvət edib.
NATO-nun bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən zirvə görüşündə bəyanat qəbul edilib.
"Bu gün biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək qərarına gəldik və üzvlük protokollarını imzalamağa razılaşdıq", - NATO dövlət və hökumət başçıları bəyanatda bildiriblər.
“Şimali Atlantika Alyansına istənilən qoşulma zamanı bütün müttəfiqlərin qanuni təhlükəsizlik maraqlarının lazımi qaydada nəzərə alınması həyati əhəmiyyət kəsb edir.
Bu baxımdan Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumun bağlanmasını alqışlayırıq. Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək”.




Facebook'da Paylaş