Liderlərdən Ərdoğanın tarixi qərarına dəstək

29-06-2022, 09:16

Liderlərdən Ərdoğanın tarixi qərarına dəstək


Liderlərdən Ərdoğanın tarixi qərarına dəstək
ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson İsveç, Finlandiya və Türkiyənin NATO üzvlüyü ilə bağlı razılığa gəlmələrini alqışlayıb. Bu barədə Bayden və Conson tviter hesablarında yazıblar.
ABŞ Prezidenti bildirib ki, üç ölkə arasında memorandumun imzalanması müsbət haldır: “Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”.
Boris Conson isə Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini fantastik xəbər adlandırıb: "Bu, fantastik xəbərdir. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək".
Xatırladaq ki, ötən gün NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.
Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub. Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.




Facebook'da Paylaş